Ordu.az xəbər verir ki, Ermənistanın “İravunk” nəşri hakim “Vətəndaş Müqaviləsi” partiyasında yayılan məlumatlara istinadən maraqlı iddialar irəli sürüb.
Nəşrin yazdığına görə, partiya daxilində dolaşan məlumatlarda Paşinyanın bugünkü mitinqdə “hamının kartlarını qarışdıracaq” çıxış edəcəyi bildirilir.
“Paşinyan elə bir çıxış edəcək ki, bütün kartlar qarışacaq. O, xalqa elə məlumatlar açıqlayacaq ki, insanlar müxalifətin adını belə eşitmək istəməyəcəklər”, - deyə qəzetin istinad etdiyi mənbələr bildiriblər.
“İravunk”un məlumatına görə, bu gün həmçinin yeni həbslərin və müxtəlif ifşaların şahidi olmaq da mümkündür.
“Eyni məlumatlara əsasən, bu gün yeni həbslər və müxtəlif ifşalar gözlənilir”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az