Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında danışıb.
“Livan uzun illər ərzində hücumlara məruz qalıb və daim çətin vəziyyətdə olub. Bütün bunların sona çatması həqiqətən də möhtəşəm olardı”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib ki, mövcud vəziyyəti İsrailin Baş naziri Benyamin Netanyahu və Livanın “Hizbullah” hərəkatı ilə müzakirə edib.
“Düşünürəm ki, müəyyən irəliləyiş əldə olunub”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az