Türkiyə HHQ Aralıq dənizində təlim uçuşları həyata keçirib

2025/02/1739604881.jpg
Oxunub: 447     12:19     15 Fevral 2025    
Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş və dəstək təyyarələri Aralıq dənizinin beynəlxalq hava məkanında təlim uçuşları həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında verilən açıqlamada bildirilib.

“HHQ Komandanlığımıza məxsus müxtəlif bazalardan havaya qalxan döyüş və dəstək təyyarələrimizin iştirakı ilə Kipr adasının cənubunda Aralıq dənizinin beynəlxalq hava məkanında təlim uçuşu həyata keçirilib”, - deyə açıqlamada qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ  


Bizi "telegram"da izləyin