İran yerli supersəs qanadlı raketlərini təqdim edəcək

2025/02/1739602666.jpg
Oxunub: 954     12:56     15 Fevral 2025    
İran ordusu yaxın günlərdə yeni yerli supersəs qanadlı raketlərini təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Məlumata görə, sistem 2000 kilometr mənzilə malik olacaq, ölkənin dəniz müdafiə və çəkindiricilik imkanlarını artıracaq.

Dövlət mediasının məlumatına görə, yeni qanadlı raket digər İran raketləri ilə birlikdə dəqiq zərbə imkanlarını artırmaq üçün süni zəka tərəfindən idarə olunacaq.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandiri kontr-admiral Əlirza Təngsiri verdiyi açıqlamada deyib: “İndi bizim İran ərazisinin dərinliklərindən buraxıla bilən raketlərimiz var ki, bu da sahildən atılma ehtiyacını aradan qaldırır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ordu   Raket  


Bizi "telegram"da izləyin