Türkiyə Quru Qoşunlarına "Boyga" PUA-sı təhvil verilib

2023/05/1683620809.jpg
Oxunub: 432     13:54     14 Fevral 2025    
STM tərəfindən hazırlanmış "Boyga" PUA-sının yeni partiyası Türk Quru Qoşunlarına təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk məlumat verib.

Təqdimatın Türkiyə Silahlı Qüvvələrinin imkan və qabiliyyətlərini artırmağa yönəldilmiş fəaliyyətlər çərçivəsində həyata keçirildiyi bildirilib.

"Yerli və milli müdafiə sənayesi məhsullarımızla Türk Silahlı Qüvvələrinin imkan və qabiliyyətlərinin artırılmasına yönəldilmiş fəaliyyətlər də davam etdirilir. Bu çərçivədə, Quru Qoşunları Komandanlığımız tərəfindən, müəyyən miqdarda "Boyga" PUA-sının yoxlanış və qəbul fəaliyyəti tamamlanıb", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, terrorla mübarizə və asimetrik müharibə şəraitində təsirli şəkildə istifadə edilə bilən PUA minaatan mərmisi ilə 30 dəqiqə havada qala bilir. 3.000 metr (MSL) maksimum uçuş hündürlüyünə çata bilən platforma, 10 kilometr məsafədə vəzifə yerinə yetirə bilir.

PUA 17 kq ağırlığa malikdir və tək bir əsgər tərəfindən daşına bilir. Mərmi sistemi inteqrasiyası isə MKE A.Ş. ilə əməkdaşlıqda həyata keçirilir. PUA döyüş sahəsində özünü uğurla sübut edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   Boyga  


Bizi "telegram"da izləyin