KİV: Ermənistanın ABŞ-dəki səfirinin əməkdaşlıq etdiyi şəxs Trampın komandasında bir nömrəli düşmən hesab olunur

2025/02/1739522038.jpg
Oxunub: 405     13:16     14 Fevral 2025    
Dekabrın 17-də Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts “ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistanda iqtisadi inkişafa və demokratiyanın möhkəmlənməsinə davamlı təsiri”nə həsr olunmuş müzakirə təşkil edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, daha çox USAID-in idarəçisi Samanta Pauerin şərəfinə keçirilən gecəyə bənzəyən tədbiri ABŞ-nin Ermənistandakı keçmiş səfiri Mari Yovanoviç aparıb.

“Makunts Pauerə xüsusi təşəkkürünü bildirib, “davamlı əməkdaşlığa görə” nikbinliyini və formalaşmaqda olan yeni ABŞ administrasiyası ilə daha da möhkəmlənməsinə ümid etdiyini bildirib. Vaşinqtondakı erməni icmasından alınan məlumata görə, Tramp administrasiyası vəzifəyə gəldikdən sonra Makunts tərəfindən dekabr ayında təşkil edilən tədbirə toxunub.

Məsələ burasındadır ki, Pauer Trampın komandasında bir nömrəli düşmən hesab olunur, hətta onu siyasi məqsədlər üçün dövlət vəsaitlərini israf etdiyinə və Trampı gözdən saldığına görə mühakimə etməyi planlaşdırırlar. Üstəlik, bu hadisə Tramp artıq qalib gəldikdən və USAID-in əleyhinə açıq şəkildə danışdıqdan sonra baş verib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tramp   USAİD   Pauer  


Bizi "telegram"da izləyin