Rusiya və ABŞ arasında məhbus mübadiləsi baş tutub

2025/02/thumb-1739516447.jpg
Oxunub: 344     10:49     14 Fevral 2025    
Rusiyada narkotik qaçaqmalçılığına görə həbsdə olan ABŞ vətəndaşı Mark Fogel iki ölkə arasında razılaşmaların əldə edilməsi nəticəsində azad edilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

O, ABŞ-yə uçmaq üçün Vnukovo hava limanında pasportunu alıb.

Qeyd edək ki, fevralın 13-də Rusiya vətəndaşı Aleksandr Vinnik Rusiyaya qaytarılıb. Vaşinqton onu Fogelin qarşılığında Moskvaya təhvil verib. “BTC-e” kriptovalyuta birjasının həmtəsisçisi olan Vinnik ABŞ-də çirkli pulların yuyulmasında ittiham olunurdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin