Makron: "Ukraynada sülh danışıqlarını yalnız Zelenski aparmalıdır"

2025/02/1739513625.jpg
Oxunub: 362     09:58     14 Fevral 2025    
Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülh danışıqlarının yalnız Vladimir Zelenskinin aparmalı olduğunu bildirib, habelə bu ölkənin kapitulyasiyasının hər kəs üçün arzuolunmaz adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, “Financial Times” nəşrinə danışıb.

Fransa lideri daha sonra Donald Trampın hakimiyyətə qayıdışını Avropanı həm özünün, həm də Ukraynanın gələcəyinin təminatına vadar edən elektroşok adlandırıb: "Burada əsas məsələ Kreml rəhbəriinin atəşkəsə hazır olub-olmaması ilə bağlıdır. Ukrayna tərəfi yalnız bundan sonra Rusiya ilə danışıqlara gedə bilər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Zelenski  


Bizi "telegram"da izləyin