İsrail "Hizbullah"ın obyektlərinə hava zərbələri endirib

2025/02/1739510433.jpg
Oxunub: 400     04:15     14 Fevral 2025    
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın atıcı qurğularının yerləşdiyi hərbi obyektlərə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bu obyektlərdə terror fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasıdır.

"Ordu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq və "Hizbullah"ın öz qüvvələrini yenidən silahlandırmaq cəhdinin qarşısını almaq üçün hərəkətdədir", - yayılan açıqlamada deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin