Rubio: Rusiya ilə ABŞ arasında rabitə kanallarının bərpası bir qədər vaxt aparacaq

2025/02/1739510277.jpg
Oxunub: 435     03:26     14 Fevral 2025    
Rusiya ilə ABŞ arasında rabitə kanallarının bərpası bir qədər vaxt aparacaq.

Ordu.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Rubio Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini deyib.

"Bu və ya digər mərhələdə biz rusiyalı həmkarlarımızla əlaqə saxlamalı olacağıq. İki il yarımdır ki, onlarla danışmırıq. Rabitə kanallarının bərpası üçün müəyyən işlər görülməlidir", - o qeyd edib.

Dövlət katibi Rusiyanın danışıqlarda iştirak edəcək şəxsləri müəyyənləşdirənə qədər gözləyəcəklərini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin