Xaçmazda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 13-cü ildönümü qeyd edilib - FOTOLAR

2025/02/xacma-1739448980.jpg
Oxunub: 662     16:01     13 Fevral 2025    
Xaçmaz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 13-cü ildönümü qeyd edilib.

Ordu.az xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin şəxsi heyətini təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlıq və həqiqi hərbi xidmətə çağırış uğurla icra olunur.

Tədbirdə iştirak edən yerli hüquq mühafizə orqanlarının rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını təbrik edib, işlərində uğurlar arzulayıblar.

Sonda Xidmətin bir qrup əməkdaşına Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Dövlət-Xidməti   13  


Bizi "telegram"da izləyin