Erməni politoloq: “Paşinyanın bu gün ictimai fəallığı “spam”ı xatırladır”

2025/02/1739434271.jpg
Oxunub: 366     12:00     14 Fevral 2025    
“Nikol Paşinyanın rəqibi müxalifət, hətta xalq deyil, ölkənin vəziyyəti və ölkəni gözləyən çətin perspektivlərdir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Vigen Hakopyan deyib.

Onun sözlərinə görə, Paşinyanın bu gün ictimai fəallığı “spam”ı xatırladır.

“İndi onun çıxışları və müsahibələri spam effekti verir. Canlı yayımlara baxanların sayı onlarla dəfə azalıb. Onun amili artıq ölkədəki əhval-ruhiyyəni dəyişmək iqtidarında deyil”, - deyə Hakopyan qeyd edib.

Hakopyan bildirib ki, Paşinyan da hər şeyi çox gözəl anlayır.

“O, ölkə daxilində kifayət qədər zəif vəziyyətdədir. İndi hər gün hansısa şou ilə məşğuldur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan  


Bizi "telegram"da izləyin