İndoneziya Yaponiyadan patrul gəmisi alacaq

2025/02/1739427629.jpg
Oxunub: 354     14:29     14 Fevral 2025    
Fevralın 4-də İndoneziya Nümayəndələr Palatası Yaponiyanın Tokionun Rəsmi Təhlükəsizlik Yardımı təşəbbüsü çərçivəsində İndoneziya Hərbi Dəniz Qüvvələrinə (TNI AL) 2 yeni 18 metrlik patrul gəmisi hədiyyə etmək təklifini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.

İndoneziyanın müdafiə naziri və TNI AL-ın məlumatına görə, alüminium gövdəli gəmilərin uzunluğu 18 metr, eni isə 5 metr olacaq və maksimal sürəti 40 düyünə qədər olacaq.

Gəmilər 16 nəfəri (2 ekipaj üzvü və 14 sərnişin) daşıya biləcək və dayaz sularda, xüsusən də sahilyanı ərazilərdə və çaylarda əməliyyatlar üçün nəzərdə tutulub.

Təhvil verildikdən sonra gəmilər ölkənin Şərqi Kalimantandakı yeni paytaxtı Nusantara ətrafındakı sularda patrul xidməti həyata keçirmək üçün istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Yaponiya  


Bizi "telegram"da izləyin