Ordu.az xəbər verir ki, İtaliyanın “La Repubblica” qəzeti “Baykar”ın “Piaggio Aerospace”i yenidən strukturlaşdıraraq modernləşdirməyi, pilotsuz uçuş aparatlarının istehsal gücünü artırmağı və işçi qüvvəsini təmin etməyi hədəflədiyini bildirib.
“Baykar” baş direktoru Haluk Bayraktar bu yaxınlarda İtaliyanın Savona şəhərində “Piaggio” rəhbərləri və həmkarlar ittifaqları ilə görüşüb. Təxminən 4 saat davam edən görüşdə “Piaggio Aerospace”in gələcəyi və “Baykar”ın strateji planları ətraflı müzakirə edilib.
Şirkətin 2018-ci ildən davam edən təhvil-təslim prosesinin ən kritik mərhələlərindən biri hesab edilən toplantıda şirkətin yenidən strukturlaşdırılması, istehsal gücünün artırılması və yeni iş sahələrinin açılması kimi məsələlər müzakirə edilib.
Bu çərçivədə, İtaliya mətbuatının yazdığına görə, “Baykar”ın investisiya planına “Piaggio”nun hazırkı işçi qüvvəsini qorumaq və yeni iş imkanları yaratmaq daxildir.
Sevinc Əliyeva
Ordu.az