FNSS IDEX 2025-də “Pars Alpha” döyüş vasitəsini nümayiş etdirəcək

2025/02/1739426742.jpg
Oxunub: 533     10:04     14 Fevral 2025    
Fərdi, effektiv, etibarlı və yenilikçi tırtıllı və təkərli zirehli vasitələr istehsal edən FNSS Əbu-Dabidə keçiriləcək IDEX 2025 sərgisində iştirak edəcək.

Ordu.az xəbər verir ki, FNSS 2025-ci il fevralın 17-21-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək sərgidə “Teber-II” 30/40 Uzaqdan İdarə Edilən Qüllə inteqrasiyasına malik “Pars Alpha” 8x8 Yeni Nəsil Zirehli Döyüş Vasitəsini nümayiş etdirəcək.

FNSS ziyarətçiləri Türkiyə stendinin də yerləşdiyi 11-ci salonda A-47 stendində qarşılayacaq.

Mexanikləşdirilmiş piyadaların döyüş meydanında öz vəzifələrini uğurla yerinə yetirmələrini təmin etmək üçün istehsal edilən “Pars Alpha” 8x8 FNSS-in quru sistemlərindəki təcrübəsinin və dəyişən istifadəçi tələblərinə cavab verən uzaqgörənliyinin sübutudur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   IDEX-2025  


Bizi "telegram"da izləyin