ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib

2025/02/1739423800.jpg
Oxunub: 546     05:07     13 Fevral 2025    
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mətbuat xidməti bildirib.

“ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib. Müzakirədə səfir Xəzər İbrahim, Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, ABŞ Konqresmenı Timoti Kennedi və Keşer İsraelin (həmçinin Corctaun sinaqoqu kimi tanınır – red.) ravvini Hayim Şafner iştirak ediblər”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Səfirlik “dolğun müzakirələrə görə” iştirakçılara təşəkkürünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin