Tramp Blinken və Sallivanın məxfi informasiyalarla bağlı icazələrini ləğv edib - YENİLƏNİB

2025/02/1739100288.jpg
Oxunub: 736     15:02     09 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp sabiq dövlət katibi Antonii Blinken və milli təhlükəsizlik məsələləri üzrə sabiq müşavir Ceyk Sallivanın məxfi informasiyalarla tanış olmaq üçün icazələrini ləğv edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.

Bundan əvvəl Donald Toramp sabiq prezident Co Baydenin anoloji icazəsini ləğv etdiyini açıqlamışdı.

Xatırladaq ki, 2021-ci ildə prezident olduğu dönəmdə Co Bayden birinci prezidentlik dövrü başa çatmış Donald Trampın məxfi informasiyalara dair icazəsini ləğv etmişdi.

***

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Entoni Blinkenin və sabiq dövlət başçısının milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın məxfi məlumatlara çıxışını məhdudlaşdırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Post” (NY Post) məlumat yayıb.

Fevralın 7-də ABŞ Prezidenti sələfi Cozef Baydenə "Co, işdən çıxarılmısan" deyərək ona girişi məhdudlaşdırıb. Nəşr yazır ki, əvvəllər Trampa qarşı işlərə baxan Nyu Yorkun baş prokuroru Letisiya Ceyms və Manhetten dairəsinin prokuroru Alvin Breqq də məxfi məlumatlara çıxışını itirə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Blinken  


Bizi "telegram"da izləyin