Türkiyədə 47 İŞİD üzvü saxlanılıb

2018/08/thumbs_b_c_f8adf8c81d08f101a47dd1befaa4e4a3_1533884718.jpg
Oxunub: 469     13:36     08 Fevral 2025    
Türkiyədə İŞİD terror təşkilatı tərəfdarı olaraq fəaliyyət göstərməsində və təşkilata maliyyə dəstəyi verməsində şübhəli bilinən 47 nəfər saxlanılıb.

Ordu.az xəbər verir ki, şübhəlilər İstanbul Baş Prokurorluğunun terror cinayətləri istintaq bürosu tərəfindən aparılan araşdırma nəticəsində, ölkənin dörd vilayətində icra olunan əməliyyat zamanı ələ keçiriliblər.

Hakim qarşısına çıxarılan şübhəlilərdən 33-nün həbsinə, 6-nın isə məhkəmə nəzarəti ilə sərbəst buraxılmasına qərar verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İŞİD  


Bizi "telegram"da izləyin