Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask deyib.
Mask Pentaqonun maliyyə xərclərini hədəf almağa başlayıb və hazırkı strategiyanın dünənki müharibə ilə mübarizə aparmaq üçün yüksək qiymətə az sayda silah yaratmaq olduğunu bildirib.
Mask, həmçinin ABŞ-nin əhəmiyyətli sayda uzun mənzilli Pilotsuz Uçuş Aparatlarına (PUA) və hipersəs raketlərinə ehtiyacı olduğu fikrini səsləndirib.
O, PUA mərkəzli münaqişədə insanlı sistemlərin tez bir zamanda aradan qaldırılacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Mask daha əvvəl açıq şəkildə F-35 döyüş təyyarəsi proqramını tənqid etmişdi.
Sevinc Əliyeva
Ordu.az