Ordu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, üç israill girov - Or Levi, Eli Şərabi və Ohad Ben Amin 491 gün əsirlikdə qaldıqdan sonra azad edilib.
***
Bu gün HƏMAS ilə İsrail atəşkəs razılaşması çərçivəsində növbəti girov və məhbus mübadiləsi keçirəcək.
Ordu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, HƏMAS 3 girovu - Or Levi, Eli Şərabi və Ohad Ben Amini İsrailə təhvil verəcək.
Mübadilə Qəzzanın mərkəzindəki Səlahəddin yolunda baş tutacaq.
Razılaşmaya görə, İsrail də öz növbəsində 183 fələstinli məhbusu azad edəcək.
Bu, yanvarın 19-da İsrail-HƏMAS arasında atəşkəsin əldə olunmasından bəri girov və məhbus mübadiləsinin beşinci raundudur.
Ordu.az