Bu barədə
Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir.
“Əlaqəni kəsdik”, - Litvanın “Litgrid” elektrik şəbəkə operatorunun sözçüsü deyib.
Agentliyin məlumatına görə, Latviya və Estoniya da bu gün, fevralın 8-də eyni addımı atmağı planlaşdırır.
Baltikyanı ölkələr daha əvvəl BRELL vahid enerji sisteminə daxil idilər və 2023-cü ilin iyulunda onu tərk etmək barədə razılıq əldə etmişdilər. Bu elektrik şəbəkələrinin Polşa üzərindən Aİ şəbəkəsi ilə sinxron işləməyə keçirilməsi isə fevralın 9-na planlaşdırılır.
BRELL-dən çıxdıqdan sonra Litva, Latviya və Estoniya 24 saat ərzində təcrid olunmuş rejimdə işləyəcək, sonra isə heç bir problem olmadığı təqdirdə Avropanın enerji sisteminə qoşulacaqlar.
Ordu.az