Ərdoğan və Makron müzakirə aparıb: “Meteor” raketi gündəmdədirmi?

2025/02/1738995893.jpg
Oxunub: 557     10:36     08 Fevral 2025    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-Fransa Müdafiə Sənayesi İşbirliyi məsələləri də müzakirə edilib.

Ərdoğan Makrona Türkiyə ilə Fransanın müdafiə sənayesi başda olmaqla, bir çox sahədə əməkdaşlıq potensialına malik olduğunu bildirib.

Fransanın Suriyadakı hərbi əməliyyatlara görə uzun müddətdir ki, Türkiyənin müdafiə sənayesinə embarqo tətbiq etdiyi məlumdur. Sözügedən embarqolar həm sistem, həm də alt sistem səviyyəsində 6 ildən artıqdır ki, davam edir.

Digər tərəfdən, Türkiyə son vaxtlar “Eurofighter Typhoon” döyüş təyyarəsinin alınması üçün Böyük Britaniya ilə dərin əlaqə saxlayır. Ankaranın şərtləri arasında “Eurofighter Typhoon” ilə yanaşı, “Meteor” “hava-hava” raketinin alınması da var.

“Meteor” hava-hava raketinin ixracı üçün istehsalçı şirkət MBDA-nın sahiblərindən biri olan Fransanın da təsdiqi tələb olunur. Məlumata görə, London Parisi Ankaraya “Meteor” “hava-hava” raketləri satmağa razı salmaq üzrədir.

Lakin Fransa istehsalı olan “Rafale” təyyarələri ilə birlikdə “Meteor”u satın alan Yunanıstan Türkiyəyə “Meteor” raketlərinin satışının qarşısını almaq üçün Fransaya daim təzyiq göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Makron  


Bizi "telegram"da izləyin