HƏMAS bu gün daha üç israilli əsiri azad edəcək

2025/02/1738995771.jpg
Oxunub: 378     10:17     08 Fevral 2025    
HƏMAS İsraillə Dohada bağlanmış atəşkəs sazişinə əsasən bu gün daha üç israilli əsiri azad edəcək.

Ordu.az BBC-yə istinadən xəbər verir ki, sərbəst buraxılacaq əsirlərin üçü də mülki vətəndaşlardır və hər üçü kişidir (Eli Şarabi, Ohad Ben Ami və Or Levi).

Yanvarın 19-da Qəzzada atəşkəs rejimi qüvvəyə minəndən bəri HƏMAS hərəkatı 18 əsiri azad edib, bunun əvəzində Təl-Əviv öz həbsxanalarından 383 fələstinli məhbusu azad edib.

HƏMAS bu gün daha 183 məhbusun sərbəst buraxılaraq Qəzzaya qaytarılacağını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Girov  


Bizi "telegram"da izləyin