DeepSeek süni intellekti ABŞ üçün təhlükə yaratmır - Tramp

2025/02/image-1738988916.jpg
Oxunub: 565     09:07     08 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp Çinin DeepSeek chatbotunun ölkəsinin milli təhlükəsizliyinə təhdid yaratmadığını bildirib.

Ordu.az xəbər verir ki, Trampın sözlərinə görə, bu texnologiya süni intellektin inkişafını sürətləndirərək xərcləri azaltmağa imkan verəcək.

Jurnalistlərin DeepSeek-in təhlükəsizlik riski daşıyıb-daşımadığı barədə sualına cavab verən Tramp qısa şəkildə “Xeyr” cavabını verib.

“Bu, inkişaf edən bir texnologiyadır. Düşünürəm ki, biz bu sahədə qalib gələcəyik”, – deyə Tramp Ağ Evdə Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Vaşinqton administrasiyasının rəhbəri əlavə edib ki, “Söhbət etdiyimiz süni intellekt daha ucuz olacaq. Mən bunu pis yox, çox yaxşı inkişaf kimi qiymətləndirirəm”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DeepSeek   ABŞ  


Bizi "telegram"da izləyin