“Lockheed Martin”dən THAAD müqaviləsi: 2,8 milyard dollar

2024/10/1729488028.jpg
Oxunub: 424     11:09     08 Fevral 2025    
ABŞ Müdafiə Nazirliyi Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) raketdən müdafiə sisteminin inkişaf etdirilməsi üçün “Lockheed Martin” ilə 2,8 milyard dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu müqavilə əvvəlki Qabaqcıl İmkanlar İnkişaf Etdirmə (ACD) proqramını əvəz edəcək.

Yeni müqavilə THAAD Sistem Strukturu 6.0 və gələcək sistem versiyalarını inkişaf etdirməyi hədəfləyir.

Bundan əlavə, modernləşdirmə işləri, sınaq və proqram təminatı üçün texniki dəstək xidmətləri göstəriləcək.

İlk missiya sifarişi 12,7 milyon dollar dəyərində qiymətləndirilir, sistem sınaqları və qiymətləndirmə səylərini əhatə edir.

Tədqiqatların Kaliforniya ştatının Sanniveyl şəhərində və Texas ştatının Dallas şəhərində aparılacağı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   THAAD  


Bizi "telegram"da izləyin