Türkiyənin PUA ixracatı yeni platformalarla şaxələnir

2025/02/1738906381.jpg
Oxunub: 479     10:11     08 Fevral 2025    
Türkiyə müdafiə sənayesinin Pilotsuz Uçuş Aparatları (PUA) ilə ixracatda əldə etdiyi uğur yeni məhsulların da qatqısı ilə şaxələnir.

Ordu.az xəbər verir ki, “BMS Savunma Teknolojileri AŞ” (BMS Savunma) Türkiyənin və dünyanın aparıcı istehsalçıları “Baykar” və Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) şirkətlərindən sonra 2024-cü il PUA Məhsul Qrupu İxracat Üçüncüsü mükafatını qazanıb.

Şirkət mükafatını Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyi arasında əməkdaşlıq çərçivəsində Antalyada keçirilən Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı 25 tədbirində alıb.

Bu uğuru gətirən PUA-lardan biri olan “Aybars-2” benzin mühərriki ilə işləyən, 7-8 saat havada qala bilən və 100 kilometr radiusda fəaliyyət göstərən sabit qanadlı hava platforması olaraq hazırlanıb.

“Orhun” və “Göktuğ” minimum 3 saat havada qala bilən və 50 kilometr radius məsafəsində tapşırıqları yerinə yetirə bilən elektrikli PUA-lar olaraq istifadəçilərə təqdim edilir.

“Boran-2” isə 4 ədəd 81 mm-lik minaatan sursatını daşıya və 7-8 kilometr məsafəyə buraxa bilən, öz sinfinin ən təsirli zərbə PUA-larından biri kimi missiya yerinə yetirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin