Ordu.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
“AeroVironment”in təqdim etdiyi məlumatlara görə, 288 milyon dollarlıq müqavilə ötən il ABŞ ordusu ilə şirkət arasında imzalanan kamikadze PUA-sı sifarişindən sonra həyata keçirilir.
Bütün variantlardan istifadə edilməsi halında uzunmüddətli çərçivə sazişi 990 milyon dollara çatacaq.
Qeyd edək ki, “AeroVironment”in “Switchblade” sistemi quru, hava və dəniz platformalarından buraxıla bilən yüngül, dəqiq idarə olunan PUA-dır.
300 model konfiqurasiyadakı PUA-nın çəkisi 1,6 kiloqram, sürəti saatda 161 kilometr, dözümlülüyü isə 20 dəqiqədən çoxdur.
“Switchblade 600” isə 14,9 kiloqram çəkiyə, saatda 185 kilometr maksimal sürətə və 40 dəqiqədən çox dözümlülüyə malikdir.
Sevinc Əliyeva
Ordu.az