İsveç “Gripen”lər üçün “Mk82” bombalarının alınması ilə bağlı “Rheinmetall” ilə razılığa gəlib

2025/02/1738906155.jpg
Oxunub: 593     12:02     08 Fevral 2025    
İsveç “Gripen” təyyarələri üçün “Mk82” bombalarının alınması ilə bağlı “Rheinmetall” ilə müqavilə imzalayaraq, ölkənin Hərbi Hava Qüvvələrinin yerüstü hədəflərə qarşı imkanlarını artırmağı hədəfləyir.

Ordu.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sifarişin bu ilin ikinci rübündə təhvil verilməsi planlaşdırılır. “Mk82” bombaları “Jas 39 Gripen” C/D və E təyyarələri ilə uyğun gəlir.

“Mk82” və onun törəmələri təyyarələr tərəfindən istifadə edilən 227 kiloqram sinfinə məxsus bombalardır. Bomba həm sərbəst düşmə, həm də dəqiqliklə idarə olunan rejimlərdə tətbiq edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Gripen  


Bizi "telegram"da izləyin