Ordu.az xəbər verir ki, ötən il ilk dəfə 31 məhsul üçün müqavilə imzaladıqlarını və ilk dəfə olaraq 29 yeni məhsulu istifadəçilərin inventarlarına əlavə etdiklərini bildirən Akyol 2025-ci ildə iki rəqəmli satış rəqəmləri ilə böyüyəcəklərinə diqqət çəkib.
“Bloomberg”in suallarını cavablandıran Akyol bildirib:
“Bu il yekun nəticələr hələ açıqlanmayıb, amma indidən deyə bilərəm ki, biz satış böyüməsini ötən illə müqayisədə daha yüksək rəqəmlə başa vuracağıq. Bu il BIST-100-ə, digər investisiya vasitələrinə və beynəlxalq investisiya vasitələrinə baxsanız, ASELSAN uzunmüddətli perspektivdə investorları üçün müsbət nəticə göstərir”.
Şirkətin 2024-cü ildə ilk dəfə 1 milyard dollardan çox yeni ixrac müqavilələri imzaladığını xatırladan Akyol illik ixracın birbaşa və dolayı ixracla 500 milyon dolları keçdiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az