Ordu.az xəbər verir ki, bu, 30 milyard avro (1,12 trilyon Türkiyə lirəsi) rəqəminə uyğundur və Varşavanı NATO ölkələri arasında müdafiə sahəsinə ən çox sərmayə yatıran ölkələrdən birinə çevriləcək.
Polşa hazırda müdafiəyə 4,1 faiz ayırır.
Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə görüşən Duda Polşanın ABŞ ilə müdafiə ittifaqını gücləndirmək niyyətində olduğunu vurğulayıb.
2022-ci ilin fevralında Rusiyanın başlatdığı genişmiqyaslı müdaxiləyə qarşı Ukraynanın mübarizəsini dəstəkləyən Varşava ABŞ və Cənubi Koreyadan qırıcı təyyarələr, tanklar və raketdən müdafiə sistemləri də daxil olmaqla, böyük miqdarda hərbi təchizat alır.
Sevinc Əliyeva
Ordu.az