Tramp İŞİD rəhbərinin məhv edilməsi barədə tapşırıq verib

2024/06/1718861393.jpg
Oxunub: 609     22:55     01 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD terror təşkilatının rəhbərlərindən birinin zərərsizləşdirilməsi barədə müvafiq göstəriş verib.

Ordu.az-ın məlumatına görə, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb.

“Bu səhər mən hərbçilərə İŞİD-in Somalidəki terrorçularının olduqları ərazilərə dəqiq hava zərbələri endirməyi əmr etdim”, - deyə dövlət başçısı bildirib.

O, terrorçuların Somalidəki mağaralarda gizləndiyini qeyd edib.

“Zərbələr nəticəsində onların yaşadıqları mağaralar dağıdılıb və dinc əhaliyə heç bir zərər vurmadan çoxlu terrorçu məhv edilib”, - deyə Tramp əlavə edib.

Qeyd edək ki, Somalinin şimalında 100-200 İŞİD terrorçusu məskunlaşıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İŞİD   Tramp  


Bizi "telegram"da izləyin