Azərbaycan hərbçiləri “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər - FOTOLAR

2025/01/cacc5-1738308707.jpg
Oxunub: 1365     11:28     31 Yanvar 2025    
Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2025”də iştirak edən Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.

Təlimin ssenarisinə uyğun olaraq, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.

Çoxmillətli “Qış təlimi-2025”də bölmələrimiz Azərbaycanı layiqincə təmsil edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   MN   Qış-təlimi-2025  


Bizi "telegram"da izləyin