Slovakiyanın vitse-spikeri: "Rusiya və ABŞ Ukraynanın hərbi neytrallığı barədə razılığa gələ bilər"

2025/01/1737291610.jpg
Oxunub: 516     16:38     19 Yanvar 2025    
“Rusiya və ABŞ Ukraynanın hərbi neytrallığı barədə razılığa gələ bilər”.

Ordu.az xəbər verir ki, bunu Slovakiyanın vitse-spikeri Tibor Qaspar “TASS”a müsahbəsində deyib.

O, Rusiya Prezidenti Vladimir Purinlə ABŞ-nin yeni seçilmiş dövlət başçısı Donald Tramp arasında əldə oluna biləcək razılaşmaları dəstəklədiyini bildirib:

“Baş nazirimiz Robert Fiko əminliklə bildirdi ki, biz Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyik. Biz həm Rusiya, həm də Avropa İttifaqı (Aİ) üçün təhlükəsizlik baxımından təminat nəzərdə tutan həllərin tərəfdarıyıq”.

Vitse-prezident, həmçinin Şərqi Avropadakı müharibənin qızışdırıldığını və rəsmi Moskvanın Kiyevin bəzi təxribatçı addımlarına cavab verdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Tramp yanvarın 10-da Putinlə mümkün görüşə hazırlıq barədə məlumat verib. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin heç bir ilkin şərt olmadan Trampla görüşməyə hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Rusiya   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin