Şükürbəyliyə qayıdan daha 20 ailəyə açarlar təqdim edilib - YENİLƏNİB

2025/02/1739192912.jpg
Oxunub: 433     13:49     22 İyun 2026    
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim olunub.

Ordu.az xəbər verir ki, bu mərhələdə Şükürbəyliyə 89 nəfərdən ibarət 20 ailə köçürülüb.

Qeyd edək ki, Şükürbəyli işğal zamanı tamamilə dağıdılan kəndlərdən biridir. Ölkə başçısının göstərişlərinə uyğun olaraq, Şükürbəyli kəndi yenidən qurularaq sakinlərin ixtiyarına verilib.

***

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.

Ordu.az-ın məlumatına görə, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə 89 nəfərdən ibarət daha 20 ailənin Şükürbəyliyə daimi qayıdışı təmin edilib.

***

Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

Ordu.az-ın məlumatına görə, bu mərhələdə Şükürbəyliyə ümumilikdə 89 nəfərdən ibarət 20 ailə köçürülür.

Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəbrayıl   Şükürbəyli  


Bizi "telegram"da izləyin