Türkiyənin gəmi inşası sürətlə davam edir: Beşinci “İstif” sinfinə məxsus freqatın əsası qoyulub

2025/01/1737188672.jpg
Oxunub: 699     14:23     18 Yanvar 2025    
MİLGEM Layihəsi çərçivəsində Türkiyənin dənizdəki gücünü artıracaq “İ” sinfinə məxsus freqatların inşası sürətlə davam edir.

Ordu.az xəbər verir ki, “Anadolu” Gəmiqayırma Zavodu MİLGEM Layihəsinin “İstif” (İ) sinfinə məxsus beşinci freqatı olan layihənin doqquzuncu gəmisinin əsasını qoyub.

Ötən həftə MİLGEM Layihəsinin ikinci “İ” sinfinə məxsus freqatı TCG “İzmir” (F-516) suya buraxılıb.

Daha sonra TCG “İzmit” (F-517) eyni prosesdən keçərək suya buraxılıb.

Bu inkişaflar MİLGEM Layihəsinin “İstif” sinfi mərhələsində 7 freqatın inşasının sürətlə davam etdiyini göstərir.

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİLGEM   Türkiyə  


Bizi "telegram"da izləyin