Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb

2025/01/1737181209.jpg
Oxunub: 1907     10:19     18 Yanvar 2025    
Minlərlə insan, o cümlədən hüquq mühafizə orqanları və tədbirin təşkilində iştirak edən bir sıra dövlət qulluqçuları ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminin yerinin hava şəraiti səbəbindən dəyişdirilməsi barədə bəyanatından çaşqın qalıblar.

Bu barədə Ordu.az "Washington Post" nəşrinə istinadən xəbər verir.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları təcili iclaslar çağırıblar. Konqres üzvləri dəyişikliklər barədə mətbuatdan xəbər tutublar və daha sonra şənliklərə bilet almış seçicilərdən daxil olan yüzlərlə zəngi cavablandırmalı olublar", – nəşr yazır.

Daha əvvəl Tramp soyuq hava səbəbindən andiçmə mərasiminin qapalı məkanda keçirilməsi barədə göstəriş verdiyini təsdiqləyib və tədbirin əsas hissəsi Kapitoli rotondası​nda təşkil olunacaq. Proqnozlara görə, yanvarın 20-də Vaşinqtonda temperaturun -12 dərəcəyə qədər enməsi gözlənilir.

Qeyd olunur ki, işçilər Trampın and içəcəyi Kapitoli rotondası​nda tez bir zamanda yeni tribunanın quraşdırılmasına başlayıblar. Ölkənin hər yerindən təyyarə biletləri alan və Vaşinqtonda hotel bron edən minlərlə insan paytaxta səfər planlarını yenidən nəzərdən keçirməli olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Andiçmə  


Bizi "telegram"da izləyin