Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Azərbaycan ərazisi elan etdiyi həmin anklav kəndlərinin təhvil verilməsi isə təkcə Tavus vilayətinin daxili kommunikasiyalarını məhv etməyəcək, həm də Tavusdan keçərək, Baqrataşenə gedən magistral yolu, Ermənistan-Gürcüstan sərhəddini və Gürcüstandan Ermənistana daxil olan qaz kəmərini zərbə altında qoyacaq.
“Digər ciddi problem İcevandan Berdə qədər olan yol olacaq və onun bir hissəsi Azərbaycanın nəzarətinə keçəcək”, - deyə Abrahamyan qeyd edib.
Erməni deputat vurğulayıb ki, Paşinyan Ermənistan Silahlı Qüvvələrinin uğurlarını məhv edir, Azərbaycan Gürcüstandan Ermənistana daxil olan qaz kəmərləri şəbəkəsinə, bütün Tavus vilayətinə və Lori vilayətinin yarısına nəzarət edəcək.
Alpər Mövludoğlu
Ordu.az