Xaricdəki türkiyəli mühəndislər yüksək texnologiyalı layihələr üçün geri qayıdırlar

2025/01/1737097455.jpg
Oxunub: 537     15:51     18 Yanvar 2025    
ASELSAN Baş direktoru Ahmet Akyol yeni açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Akyol ötən ilin imzaladıqları müqavilələr, satış və tədarüklərlə rekordlarla dolu bir il olduğunu bildirib.

“1000-dən çox mühəndis müraciət edərək, “Vətənə qayıtmaq və bu maraqlı yüksək texnologiyalı layihələrdə iştirak etmək istəyirəm” dedi. Ötən il həm müraciətlərdə, həm də ASELSAN-da 2023-cü ilə nisbətən geri qayıdan və işə başlayanların sayında 4 dəfə artım olub”, - deyə o qeyd edib.

Akyol şirkəti və sektorun 2024-cü il perspektivlərini qiymətləndirərək, 2025-ci il hədəflərini açıqlayıb.

Türkiyənin müdafiə sənayesində komanda oyunu oynadığını və ASELSAN-ın bu baxımdan əhəmiyyətli şirkətlərdən biri olduğunu dilə gətirən Akyol Müdafiə Sənayesi Komitəsi və prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə uğurlarla dolu bir ili geridə qoyduqlarını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin