Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Zeki Aktürk bildirib.
“6 aydır HDQ-miz tərəfindən idarə olunan Minalara Qarşı Tədbirlər Qara Dəniz Missiya Qrupunun (MCM Black Sea) Komitə Toplantısı və Təhvil-Təslim Mərasimi yanvarın 14-16-da Varna/Bolqarıstanda keçirilib, Missiya Qrupu komandanlığı 6 ay müddətinə Bolqarıstana təhvil verilib”, - deyə Aktürk vurğulayıb.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi 2024-cü ilin iyul ayında Türkiyənin liderliyində Rumıniya və Bolqarıstan ilə başladılan “Üçlü Təşəbbüs” çərçivəsində Qara dənizdə Minalara Qarşı Tədbirlər Qara Dəniz (MCM Black Sea) Missiya Qrupunun yaradıldığını açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az