BMT bu il ukraynalı qaçqınlara 3,32 milyard dollarlıq yardım edəcək

2025/01/1737090040.jpg
Oxunub: 395     00:13     17 Yanvar 2025    
BMT Ukraynadakı müharibədən zərər çəkən qaçqınlara dəstək məqsədilə 3,32 milyard dollarlıq yardım üçün müraciət edib.

Ordu.az xəbər verir ki, BMT bununla bağlı tərəfdaşlarına çağırış edib.

Müraciət Ukrayna daxilində və başqa ölkələrə sığınan 8,2 milyon insana yardım etmək məqsədi daşıyır.

Çağırışda Ukraynadakı humanitar təşkilatların 2025-ci ildə 6 milyon insana qida, səhiyyə, sığınacaq, pul yardımı və digər zəruri xidmətlər göstərməyi hədəflədikləri qeyd edilib.

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi evlərini tərk etməyə məcbur olan milyonlarla ukraynalıya davamlı dəstəyin vacibliyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Ukrayna  


Bizi "telegram"da izləyin