Ordu.az xəbər verir ki, təşkilatın hesabatı “X” sosial şəbəkəsində yayımlanıb.
Hesabata əsasən, ölkənin cənubunda 11 min 95 bina tamamilə dağılıb, 2242 tikili qismən zədələnib, 5219 binaya isə cüzi ziyan dəyib.
Qiymətləndirmə münaqişənin kəskinləşməsindən əvvəl və sonra çəkilmiş peyk görüntülərinin müqayisəsi əsasında aparılıb.
BMT-nin hesablamalarına görə, dağıntıların ümumi həcmi təxminən 3,1 milyon kubmetr təşkil edir.
Livanın Sosial Məsələlər Nazirliyinin məlumatına əsasən, hərbi əməliyyatlar nəticəsində təxminən 963 min 500 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb ki, bu da ölkə əhalisinin təxminən 16 faizinə bərabərdir.
Bundan əlavə, 160 mindən çox insan tamamilə yaşayış yerindən məhrum olub.
Sevinc Əliyeva
Ordu.az