Türkiyənin 2024-cü il müdafiə sənayesi gündəmi – HESABAT

2025/01/1737017302.jpg
Oxunub: 653     13:27     16 Yanvar 2025    
Yanvar

• TUSAŞ-ın “Aksungur” Pilotsuz Uçuş Aparatı (PUA) TEI tərəfindən hazırlanan Türkiyənin ilk milli turbodizel aviasiya mühərriki TEI-PD170 ilə 41 saatlıq uçuş həyata keçirdi.

• Türkiyənin ilk və ən böyük çaplı pulemyotu “CANiK M2 QCB” müvəffəqiyyətli qəbul sınaqlarından sonra Malayziya Kral Hərbi Dəniz Qüvvələrində (HDQ) xidmətə daxil oldu.

• Dəniz Torpedo və Raket Sistemləri İmza Mərasimi çərçivəsində Ağır Torpedo “Akya”, Qanadlı Raket “Atmaca” və Hava Hücumundan Müdafiə (HHM) Raketi “Sapan” Silah Sistemləri üçün kütləvi istehsal müqavilələri imzalandı.

• TCG “Derya”, TCG “İstanbul”, TCG “Arif Ekmekçi” gəmiləri və “Marlin” silahlı İnsansız Dəniz Platforması (İDP) Yalovada təşkil edilən “Yeni Dəniz Platformaları Təhvil-Təslim Mərasimi” ilə Türkiyə HDQ-nin inventarına daxil oldu.

• Türkiyənin ilk kosmik səyahətçisi Alper Gezeravcını daşıyan “SpaceX” kosmik gəmisi uğurla buraxıldı.

• HAVELSAN Türkiyənin ilk süni zəka köməkçisi olan MAIN GPT-ni xüsusi olaraq korporativ istifadə üçün təqdim etdi.

• Təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) təşəbbüsü ilə həyata keçirilən 14 yeni “Ar-Ge” layihəsi üçün imza mərasimi keçirilib.

• “CANiK” ABŞ-də keçirilən “Shot Show” sərgisində yeni xüsusi dizayn edilmiş silahı '“CANiK TTI Combat”ı təqdim etdi.

Fevral

• ASELSAN tərəfindən modernləşdirilən ilk M60T tankı Türkiyə Silahlı Qüvvələrinə təhvil verildi.

• Sualtı qayıq inasında istifadə edilən və idxal edilən poladlar ASFAT-ın dəstəyi ilə “Miilux OY” şirkəti tərəfindən milliləşdirildi.

• Türkiyə ilə Misir arasında hərbi və müdafiə sənayesi başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq üçün ortaq bəyannamə imzalandı.

• Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi Milli Döyüş Təyyarəsi “Kaan” ilk uçuşunu uğurla tamamladı.

• “TÜBİTAK Bilgem” tərəfindən inkişaf etdirilən Türkiyənin ilk yerli və milli mülki müşahidə radarının sahə qəbulu uğurla tamamlandı.

• “Borsa İstanbul”da fəaliyyət göstərən “Pasifik Teknoloji” Türkiyənin müdafiə sənayesi şirkəti olan “TİTRA Teknoloji”nin 51 faiz səhmini satın aldı.

• ASELSAN tərəfindən inkişaf etdirilən ASELFLIR-410 və ASELFLIR-500 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemlərindən birincisi istehsal xəttindən çıxdı.

• “KoçSavunma”, MKE və TÜBİTAK SAGE tərəfindən inkişaf etdirilən Ağıllı Sualtı Mina MALAMAN-ın tam miqyaslı partlatma sınağı uğurla həyata keçirildi.

Mart

• ASELSAN tərəfindən hazırlanan Türkiyənin ilk Avtonom Sualtı Platforması “Deringöz”ün dalışlı sınaqları uğurla tamamlandı.

• TEI tərəfindən inkişaf etdirilən Türkiyənin ilk hərbi turbofan mühərriki TF6000 müvəffəqiyyətlə işə salındı.

• Türkiyənin ilk yerli və milli turboreaktiv mühərriki ilə atışda “Atmaca” raketi hədəfini müvəffəqiyyətlə vurdu.

• “MPG Makine” tərəfindən yerli imkanlarla istehsal edilən 33 ədəd 8x8 Minaya Qarşı Qismən Qorumalı Xilasetmə Vasitəsi Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verildi.

• ASELSAN tərəfindən hazırlanan yerli Mobil Rəqəmsal Rentgen Cihazı ilk dəfə Hacettepe Tibb Fakültəsi Xəstəxanasında istifadəyə verildi.

• STM tərəfindən hazırlanmış yerli Divar Arxası Radar Dənizli Böyükşəhər Xilasetmə İdarəsində fəaliyyətə başladı.

• İlk raket TCG “İstanbul” freqatında quraşdırılmış Milli Şaquli Buraxılış Sistemindən atılıb.

• ASELSAN-ın milli təyyarə burun radarı AESA F-16 “Özgür” platforması ilə ilk uçuşunu həyata keçirdi.

• TÜBİTAK tərəfindən hazırlanan Portativ Atəşi İdarəetmə Vahidi Sistemi atış sınaqlarını müvəffəqiyyətlə tamamladı və 5 ədəd “Super Mushshak” təyyarəsinin inventarına daxil edildi.

Aprel

• 7,4 bal gücündə zəlzələ ilə sarsılan Tayvan yalnız Türkiyədən “Fly Bvlos Technology” şirkətinin yardım təklifini qəbul etdi və Türkiyənin qrupu Tayvanda zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qatıldı.

• TUSAŞ tərəfindən inkişaf etdirilən “Hürkuş-B”, “Kaan”, “Hürjet” və “Gökbey”lə bağlı müqavilələrin imzalanma mərasimi Türkiyə MSK-də keçirildi.

• “İstanbul” Gəmiqayırma Komandanlığı və MKE tərəfindən inkişaf etdirilən Milli Dəniz Topu TCG “Akhisar”a inteqrasiya edilərək, liman və dəniz sınaqlarına hazır vəziyyətə gətirildi.

• “Sarsılmaz” yeni inkişaf etdirdiyi SAR9 tapançasının ən yeni versiyası olan SAR9 GEN3-ü təqdim etdi.

• “DeltaV Uzay Teknolojileri” tərəfindən inkişaf etdirilən zond raketi kosmosda uçuş sınağını uğurla başa vurdu.

May

• TUSAŞ tərəfindən inkişaf etdirilən Milli Döyüş Təyyarəsi “Kaan” ikinci uçuşunu da müvəffəqiyyətlə həyata keçirdi.

• Yerli və milli imkanlarla inkişaf etdirilən “Akya” Ağır Sinif Döyüş Torpedosunun kütləvi istehsalına keçid edildi və sualtı qayıqlara təhvil verilməyə başladı.

• “Kral Arms” şirkəti tərəfindən yerli imkanlarla istehsal edilən 9×19 mm-lik yığcam ölçülü KR9 tapançası MKE-də satışa çıxarıldı.

• “Aksungur” zərbə PUA-sı “Denizkurdu-II 2024” təlimində MAM-T sursatı ilə hədəfi müvəffəqiyyətlə vurdu.

• TUSAŞ tərəfindən istehsal edilən 2 ədəd T129 “Atak” helikopteri Filippin Hərbi Hava Qüvvələrinə təhvil verildi.

• “Sarsılmaz” Uzaqdan İdarə Olunan Silah Sistemləri sahəsində yüksək mühəndislik və inteqrasiya imkanlarına malik “Best Group”u satın aldı.

• “Repkon” ABŞ-də qurduğu istehsal xəttində yeni avtomatlaşdırma və qabaqcıl istehsal texnikası ilə 60-155 millimetrlik top mərmiləri istehsal edəcəyini açıqladı.

İyun

• “Meteksan Savunma” tərəfindən istehsal edilən yeni nəsil Zədə Müdafiə Simulyatoru DCSIM İndoneziya HDQ-də inventara daxil oldu.

• Türkiyə ilə Malayziya arasında “Müdafiə Məhsullarının Dövlətdən Dövlətə Tədarükünə Dair Anlaşma Memorandumu” imzalandı və STM tərəfindən inşa ediləcək 3 korvet üçün “Qəbul Məktubu” təqdim edildi.

• ASELSAN və TUSAŞ arasında müdafiə və kosmos sahəsində 110 milyon dollarlıq müqavilə imzalandı.

• “ULAK Haberleşme” tərəfindən inkişaf etdirilən Türkiyənin ilk və yeganə milli şəbəkə həlli “uMAYA SD-WAN” NATO-nun təlimində sınaqlardan uğurla keçdi.

• TEI-TS1400 güc limiti sınağında 1740 at gücünə çatdı.

• Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever suborbital tədqiqat uçuşunu tamamladı.

İyul

• “İstif” sinfinə məxsus freqat MİLGEM 10-un təməli “Sedef” Gəmiqayırma Zavodu tərəfindən qoyuldu.

• ASELSAN ilə Türkiyə MSK arasında radioelektron mübarizə sistemləri üçün 109,7 milyon dollarlıq müqavilə imzalandı.

• “Reximex”in yarımavtomatik tapançası TRX9 MKE-də satışa çıxarılıb.

• Türkiyənin yerli və milli rabitə peyki “Türksat 6A” kosmosa buraxıldı.

• “Sekizaltmış Teknoloji”nin NE-3.14R buludaltı elektrikli PUA-sı sınaq uçuşunu uğurla başa vurdu.

• STM tərəfindən inkişaf etdirilən, sursat buraxan PUA “Boyga” ilk ixracatını Afrika qitəsindəki bir ölkəyə həyata keçirdi.

• TUSAŞ tərəfindən istehsal edilən reaktiv təlim təyyarəsi “Hürjet” 30 min fut yüksəklikdə 0,9 “mach” sürətə çatdı.

• HAVELSAN tərəfindən istehsal edilən sabit qanadlı şaquli qalxma və enmə qabiliyyətinə malik PUA “Baha”nın yoxlama və qəbul işləri tamamlandı, Türkiyə Silahlı Qüvvələrinə təhvil verildi.

• TEI, TUSAŞ və “General Electric Aerospace” arasında F404 mühərrikinin yeni “Hürjet” təyyarə versiyalarına inteqrasiyası üçün anlaşma memorandumu imzalandı.

Avqust

• Dünyanın ən yaxşı 100 müdafiə şirkəti siyahısında Türkiyədən ASELSAN 42-ci, TUSAŞ 50-ci, ROKETSAN 71-ci, MKE 84-cü, ASFAT 94-cü sırada yer aldı.

• Müdafiə Sənayesi İcraiyyə Komitəsinin ardından Türkiyənin HHM sistemi olan “Polad Günbəz Layihəsi” (Çelik Kubbe Projesi) açıqlandı.

• “Sekizaltmış Teknoloji” və müdafiə sənayesi şirkəti yeni inkişaf etdirdiyi PUA-ların sınaq uçuşunu müvəffəqiyyətlə tamamladığını açıqladı.

• “Hisar O”nun ilk uzun mənzilli atış sınağı uğurla həyata keçirildi.

• “Hürjet” 100-cü sınaq uçuşunu uğurla başa vurdu.

• Avropanın Ən Yaxşı Snayper Komandası Yarışmasında Türkiyəni təmsil edən Quru Qoşunları personalı birinci, Xüsusi Təyinatlı Qüvvələr personalı ikinci oldu.

• TUSAŞ-ın İndoneziyanın Bandunq şəhərindəki törəmə şirkəti “Turkish Aerospace Indonesia” açıldı.

• Muğla vilayətinin Marmaris rayonunda “Aksaz” Gəmiqayırma Zavodu Komandanlığının Açılış və Dəniz Platformalarının Təhvil-Təslim Mərasimi keçirilib.

• TCG “Pirireis” sualtı qayığı Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil oldu.

• “Hızırreis” sualtı qayığının bayraq qaldırma və üzmə təcrübələri, “Muratreis” sualtı qayığının hovuz avadanlığı fəaliyyətləri başladıldı.

• ASFAT tərəfindən inkişaf etdirilən Sualtı Qayıq Hovuzu inventara daxil oldu.

• “Anka III” sursatla ilk uçuşunu etdi.

Sentyabr

• HAVELSAN SOFEX-də İordaniya Dizayn və İnkişaf Etdirmə Bürosu (JODDB) ilə anlaşma memorandumu imzaladı.

• “Hürjet” Reaktiv Təlim Təyyarəsi Misir Beynəlxalq Aviasiya Sərgisində nümayiş uçuşu həyata keçirdi.

• Şimali Makedoniyanın paytaxtı Skopyedə ASELSAN Balkanlar Ofisi açıldı.

• Yerli və milli uzun mənzilli regional hava və raketdən müdafiə sistemi “Siper Ürün-2”nin sınaq atışı uğurla həyata keçirildi.

• “CANiK”in TTI COMBAT tapançası ABŞ-də silah dünyasının OSCAR-ı hesab edilən ICA-də (Industry Choice Awards) “İlin ən yaxşı performans göstərən tapançası” seçildi.

• Norveç Türkiyəyə qarşı müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verdi.

• “Altınay Savunma” BİST 100 indeksinə daxil olduğunu açıqladı.

• Müdafiə Sənayesində İstedadların İdarə Edilməsi Sammiti təşkil edildi.

• “Anka III” ilk atış sınağını uğurla başa vurdu.

• 2024-cü il sentyabrın 19-21-də Ankarada İGEF Daxili Təhlükəsizlik Avadanlıqları Sərgisi keçirildi.

• “Marlin” İDP-sindən “Kuzgun” raketi ilə ballistik sınaq atışı uğurla həyata keçirildi.

• STM “Kargu”nun zirehdəlici döyüş başlığı ilə ilk sınaq atışında hədəfi tam dəqiqliklə vurduğunu açıqladı.

• “BMC Power”in Ankaradakı fabrikindən Arifiye Sınaq Mərkəzinə ilk tədarük həyata keçirildi.

• TSKGV 37 yaşını qeyd etdi.

Oktyabr

• “Levent” yaxın HHM sistemi ilk atış sınağını uğurla tamamladı.

• “Nurol Holding”in hazırda 51 faizlə majoritar səhmdarı olduğu FNSS şirkətinin 100 faiz səhmdarına çevriləcəyi açıqlandı.

• SAHA EXPO Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisini 100 mindən çox insan ziyarət etdi.

• SAHA EXPO-da 6 milyard 189 milyon dollarlıq müqavilələr imzalanıb. İmzalanan sazişlərin 4,3 milyard dolları ixrac müqavilələri olub.

• TUSAŞ-ın Kahramankazan şəhərciyinə qarşı terror aktı baş verib. Hücumda 5 nəfər həyatını itirib.

• MKE və TAIS OG-STM İş Ortaqlığı arasında MİLGEM 9-10-11-12 Dəniz Topu Tədarük Müqaviləsi imzalandı.

• FNSS “Kaplan” zirehli personal daşıyıcısının konsepsiya dizaynı ilk dəfə SAHA EXPO sərgisində nümayiş etdirildi.

• “Hürjet” 1.01 “mach” sürətinə çataraq, supersəs sürətini aşmağı bacardı.

• “Anka-III”dən ASELSAN “Tolun” atış sınağı uğurla tamamlandı.

• TUSAŞ tərəfindən inkişaf etdirilən “Gökbey” helikopteri Jandarma Baş Komandanlığının inventarına daxil oldu.

• “Meteksan Savunma” tərəfindən inkişaf etdirilən Silahlı İDP “Ulaq” üçün ilk ixrac müqaviləsi Qətər Daxili İşlər Nazirliyi ilə imzalandı.

• ASELSAN və TÜBİTAK SAGE iş ortaqlığı ilə inkişaf etdirilən “Siper Ürün-1” Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil oldu.

• “CTech” tərəfindən inkişaf etdirilən “SecureARX” məhsulu NATO-ya ixrac edildi.

• “ULAK Haberleşme” 6G patent müraciətlərinin 100-ü keçdiyini açıqladı.

Noyabr

• “Hürjet”in ikinci prototipi ilk uçuşunu uğurla başa vurdu.

• Taktiki təkərli vasitə “Karahan TS-2”yə “CANiK” tərəfindən inkişaf etdirilən M2 QCB inteqrasiya edildi.

• “Repkon” Pakistanda 155 mm-lik artilleriya sursat gövdəsi istehsal və doldurma xəttinin quraşdırılması üçün “Wah Industries Limited” ilə müqavilə imzaladı.

• “Makine ve Kimya Endüstrisi Şirketi” TCG “Koçhisar” gəmisinə inteqrasiya olunmaq üçün 76/62 mm-lik Denizhan Milli Dəniz Topunu “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığına təhvil verdi.

• “Otokar” Rumıniya ilə 857 milyon avro dəyərində hərbi avtomobil müqaviləsi imzaladı.

• “Altay” tankları üçün ASELSAN Sivasda istehsal olunan Gündüz Görmə Periskop Sistemlərinin ilk tədarükü həyata keçirildi.

Dekabr

• İlk dəfə olaraq milli döyüş təyyarəsi “Kaan”ın hər iki mühərrikində “afterburner” (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir) işə salındı.

• SIPRI-nin 2023-cü ildə ən çox silah və hərbi xidmət satan ilk 100 müdafiə sənayesi şirkəti siyahısına 3 Türkiyə şirkəti daxil oldu.

• STM-nin əsas podratçılığında başlayan Malayziya Korvet Layihəsinin Təməlqoyma Mərasimi keçirildi.

• Türkiyə MSK və “Kale Jet Motorları” tərəfindən həyata keçirilən “Turboreaktiv Mühərriklərin İnkişaf Etdirilməsi Layihəsi” uğurla tamamlandı.

• Jandarma Baş Komandanlığına “Gökbey”in ikinci tədarükü həyata keçirildi.

• ASFAT-ın əsas podratçılığında inşa edilən TCG “Akhisar” (P1220) dəniz patrul gəmisinin dəniz qəbul sınaqlarına başlanıldı.

• STM dünyanın qabaqcıl hərbi dənizçilik şirkətlərini geridə qoyaraq, Portuqaliya HDQ-nin Logistika Dəstək Gəmisi tenderini qazandı.

• Reaktiv Təlim Təyyarəsi Layihəsi üçün Türkiyə ilə İspaniya arasında anlaşma memorandumu imzalandı.

• Türkiyə MSK Tədarük Ekosisteminin Kredit Zəmanətinə Dəstək və Tədarükçülərin Maliyyələşdirilməsinə Dəstək proqramlarının həyata keçirildiyini elan etdi.

• Kosovo hökuməti ilə “Makine ve Kimya Endüstrisi AŞ” (MKE) arasında Kosovoda müxtəlif çaplı sursat istehsal etməsi planlaşdırılan fabrikin fəaliyyətə başlaması üçün müqavilə imzalanıb.

• “Meteksan Savunma” “Mert” Radioelektron Hücum Sistemini 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil verdi.

• Türkiyənin ilk yerli və milli rabitə peyki “Türksat 6A” daimi xidmət göstərəcəyi 42 dərəcə şərq orbitinə çatdı.

• MKE yeni nəsil MKE-408 snayper tüfəngini təqdim etdi.

• ASELSAN 2024-cü ildə 30 məhsul üzrə ilk ixrac müqaviləsini imzaladı. İlk dəfə 7 yeni ölkəyə ixracat həyata keçirildi.

• “Hürkuş 2” ilk uçuşunu uğurla tamamladı.

• ASELSAN “Tolun” İdarəolunan Sursatının inventara daxil olduğunu açıqladı.

• Müdafiə və aviasiya sənayesinin ümumi ixracatının 2024-cü ildə 6,7 milyard dollara çataraq, yeni bir rekord qırdığı açıqlandı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MS   Hesabat  


Bizi "telegram"da izləyin