Kibertəhlükəsizlik Komitəsi haqqında Türkiyə prezidentinin fərmanı “Resmi Gazete”də dərc olunub.
TCG “İzmir” (F-516) və TCG “İzmit” (F-517) suya buraxılıb.
TCG “Hızırreis” dayanıqlı gövdə dözümlülüyü sınaqları üçün həyata keçirdiyi dalış zamanı “Cümhuriyyət tarixinin ən dərin dalış rekordu”nu qırıb.
ASELSAN beynəlxalq müştəriləri ilə ümumi dəyəri 46,1 milyon dollar olan ixrac müqavilələri imzalayıb.
“Anka” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) 15.000 fut yüksəklikdən L-UMTAS raketi ilə yerdəki hədəfini tam dəqiqliklə vurub.
“Altay” Əsas Döyüş Tankının kütləvi istehsalının 2025-ci ildə həyata keçiriləcəyi açıqlanıb.
“Sekiz Altmış Teknoloji” və müdafiə sənayesi tərəfindən inkişaf etdirilən NE 3.14 kamikadze və müşahidə tipli PUA-sı bütün uçuş sınaqlarını uğurla başa vurub.
“Teknopark İstanbul” ABŞ-nin Las-Veqas şəhərində keçirilən İstehlak Elektronikası Sərgisi (CES) 2025 sərgisində şirkətləri ilə birlikdə iştirak edib.
“ULAK Haberleşme”nin rəhbərliyi ilə təşkil olunacaq beynəlxalq Simsiz Rabitə Yarışması üçün müraciət prosesi başlayıb.
Türkiyə Silahlı Qüvvələri tərəfindən müxtəlif miqdarda T-70 Ümumi Məqsədli Helikopteri, “Dragoneye-2” Termal Kamerası, Zirehli Tank Əleyhinə Vasitə-UMTAS “Cirit”/Tırtıllı silah sistemi və modernləşdirməsi başa çatdırılan M60T tankının yoxlama, qəbul fəaliyyətləri tamamlanıb.
Türkiyə Müdafiə Sənayesi Komitəsində Ayaqlı Robot Seminarı keçirilib.
YETX-i istehsal edən ORSO “Interlink” ilə tanıtım və satışı da ehtiva edən müqavilə imzalayıb.
“Pasifik Teknoloji” müdafiə sənayesi sektorunda fəaliyyət göstərən “Titra” şirkətinin yeni investisiya aldığını açıqlayıb.
İkinci ASELSAN İxrac Seminarı keçirilib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Milli Müşahidə Radarının sınaq proseslərini uğurla başa vurduğunu bildirib.
ASELSAN mühəndisləri tərəfindən inkişaf etdirilən NAVTEX sistemlərinin Türkiyə Hərbi Dəniz Qüvvələrində xidmətə başladığı açıqlanıb.
Sevinc Əliyeva
Ordu.az