Yunanıstan freqatı Qırmızı dənizə qayıdıb

2025/01/1737009776.jpg
Oxunub: 444     12:32     16 Yanvar 2025    
Yunanıstan Hərbi Dəniz Qüvvələrinə məxsus “Meko” sinfinə məxsus “Hydra” (F-452) freqatı Avropa İttifaqının “Qalxanlar” missiyası çərçivəsində Qırmızı dənizə səssizcə yerləşdirilib.

Ordu.az xəbər verir ki, “Hydra” freqatı 2024-cü ilin iyun ayında eyni missiya çərçivəsində Qırmızı dənizdə xidmət edərkən, husilərin hücumlarından sonra uğursuzluğa düçar olub və missiyadan geri çəkilib.

İddiaya görə, freqat bu dəfə pilotsuz uçuş aparatlarına qarşı bəzi modernləşdirmələrlə Qırmızı dənizə qayıdıb.

“Hydra”nın yerləşdirilməsi ötən il eyni ərazidə baş vermiş bir sıra insidentlərdən sonra baş verib.

Həmin vaxt freqat ticarət gəmisini müşayiət edərkən, Husi qüvvələrinin atdığı raket gəmidən 150 metr aralıda partlayıb.

Bu hadisə ekipajın təhlükəsizliyi ilə bağlı narahatlığını artırıb və gəminin tez geri dönməsinə səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   HDQ  


Bizi "telegram"da izləyin