Lavrov: "Putin-Tramp görüşü ilə bağlı konkret təkliflər almamışıq"

2025/01/23-(1-1736485711.jpg
Oxunub: 428     14:12     14 Yanvar 2025    
Rusiya ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş haqqında konkret təkliflər almayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya Putin-Tramp görüşü barədə konkret təkliflər almaylb, lakin bu görüşə hazırdır.

Lavrovun müavini Sergey Ryabkov isə Rusiya ilə ABŞ arasında təmasların Trampın inauqurasiyasından sonra mümkün olduğunu söyləyib, Moskvanın Vaşinqtonla dialoqa hazır olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin