Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 25-də keçirilən brifinq zamanı bildirib.
Paşinyanın sözlərinə görə, bu gün “Vətəndaş Müqaviləsi” partiyasının iclası keçiriləcək.
Məlumata görə, iclas zamanı qapalı və gizli səsvermə yolu ilə hazırda müzakirə olunan üç namizəddən biri seçiləcək və bundan sonra onun adı ictimaiyyətə açıqlanacaq.
Paşinyan bildirib ki, əvvəlcə namizədlərin mövqeləri dinləniləcək, daha sonra qərar qəbul olunacaq.
“Biz namizədləri dinləyəcəyik və qərar verəcəyik. Mən və partiyadakı həmkarlarım seçimimizi gizli səsvermə yolu ilə edəcəyik”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az