Makron: "Fransa Rusiyanın "kölgə donanması"na məxsus tankeri saxlayıb"

2026/06/1781536698.jpg
Oxunub: 192     14:18     25 İyun 2026    
Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) Siciliya sahillərində "Deliver" neft tankerini saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində bildirib.

"Milli donanma çərşənbə axşamı Siciliya yaxınlığından dəniz qaydalarını pozaraq keçən Deliver tankerini saxlayıb. Birləşmiş Krallığın analoji əməliyyatından bir neçə gün sonra "kölgə donanması"na qarşı həyata keçirilən bu yeni aksiya avropalıların qətiyyətini nümayiş etdirir. Biz "kölgə donanması"nın sanksiyalardan yan keçməsinə və Rusiyanın hərbi səylərini maliyyələşdirməsinə imkan verməyəcəyik. Avropa tam qətiyyətlidir", - o qeyd edib.

Makron vurğulayıb ki, Avropa Ukraynada möhkəm və davamlı sülhün bərqərar olması üçün bütün lazımi səyləri davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin