Venesuelada zəlzələ qurbanlarının sayı 164 nəfərə çatıb

2026/06/1782376159.jpg
Oxunub: 225     14:35     25 İyun 2026    
Venesuelanın şimalında zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.

Ordu.az Venesuela mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.

Bununla yanaşı, o, zəlzələ nəticəsində ölənlərin sayının arta biləcəyini istisna etməyib.

"Orada onlarla bina dağılıb", - Rodriges bildirib və insanların xilas edilməsi üzrə aparılan əməliyyatları "çox mürəkkəb xilasetmə işləri" kimi xarakterizə edib.

Xatırladaq ki, cümə axşamına keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

Daha əvvəl bildirilmişdi ki, Venesuelada iki dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb, 700 nəfər isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin