Ordu.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan iyunun 25-də jurnalistlərlə söhbəti zamanı deyib.
Qurum rəhbəri bununla mediada ona baş nazir müavini vəzifəsinin təklif olunub-olunmaması ilə bağlı suallara cavab verib.
Avanesyan vurğulayıb ki, hökumətdəki hazırkı vəzifəsi onu qane edir və məhz bu vəzifədə icra hakimiyyətinin tərkibində öz potensialını ən səmərəli şəkildə reallaşdıra bilir.
Bununla yanaşı, erməni nazir əlavə edib ki, Nazirlər Kabinetində istənilən kadr dəyişikliyi ilə bağlı yekun qərar hökumət başçısına məxsusdur.
Alpər Mövludoğlu
Ordu.az