Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

2026/06/1782387526.jpg
Oxunub: 271     15:34     25 İyun 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstək barədə məlumat verib. O, humanitar yardımların çatdırılması, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi və müharibədən zərər çəkmiş icmaların bərpasına yönəlmiş layihələrin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Görüşlərdə münaqişələrin humanitar nəticələrinin aradan qaldırılması və postmünaqişə dövründə bərpa proseslərinin dəstəklənməsi üçün beynəlxalq həmrəyliyin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu bir daha bəyan edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Ukrayna   Polşa  


Bizi "telegram"da izləyin